Azərbaycanın İsraildəki səfirliyində dövlət bayrağı yarıya qədər endirilib

Dekabrın 26-da Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyində dövlət bayrağı dirəyin yarısına qədər endirilib.

Bu barədə Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfirlikdə 26-27 tarixlərində başsağlığı kitabı açılıb.

Qeyd edək ki, bir sıra ölkələrin səfirləri və diplomatları başsağlığı vermək üçün səfirliyə gəlib, həmçinin 60-dan çox diplomatik nümayəndəlikdən başsağlığı məktubları səfirliyə daxil olub.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr tarixli Sərəncamı ilə dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilib.

Əvvəlki məqalə

Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub

Sonrakı məqalə

Vüqar Qurbanov müşavirini bu xəstəxanaya direktor TƏYİN ETDİ