Məmnunam ki, Ermənistanla artıq sülh sazişi üzərində danışıqlar gedir.
Bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı deyib.
“Bildiyiniz kimi, Pakistan Ermənistanla diplomatik münasibətləri qurmayan bir neçə ölkədən biridir. Bu bizim mənəvi öhdəliyimizdir. Siz Ermənistanla sülh sazişini imzalayandan sonra bizə mesaj versəniz, biz bu məsələyə baxa bilərik. Yəni bu məsələdə də biz tam olaraq Azərbaycanı dəstəkləyirik”, – Baş nazir əlavə edib.