Azərbaycanda cinayət törədənlərin çoxu işsiz və təhsilsiz şəxslərdir –

RƏQƏMLƏR
06 Dekabr 2019 - 09:58

Azərbaycanda müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin (ötən illərdən keçmiş cinayətlər üzrə cinayət törətmiş şəxslər də daxil olmaqla) çoxu əmək qabiliyyətli işləməyənlər və təhsil almayanlardır.

Azpost.info trend-ə istinadən bildirir ki, 2018-ci ildə Azərbaycanda 16 727 şəxs müәyyәn edilmiş cinayәt törәdib. Onların 12 679 nəfəri əmək qabiliyyətli işləməyən və təhsilsiz şəxslər olub.

Ötən il cinayət törədənlərin 341-i məşğulluğuna görə fəhlə, 560-ı qulluqçu, 31-i kənd təsərrüfatı işçiləri, 71-i təhsil alanlardır. Cinayətkarların qalan 3 045 nəfəri digər sahələr üzrə işləyib.

Müәyyәn edilmiş cinayәt törәdənlərin 10 863-ü 30 və daha yuxarı yaşda olub.

Ötən il ərzində müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin sayı 2017-ci ilə (16 750) nisbətən azalsa da, bu kateqoriyadan olanlar arasında 30 və daha yuxarı yaşda cinayət törədənlərin sayı artıb.

2018-ci ildə müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin 10 863-nün, 2017-ci ildə 10 501-nin yaşı 30 və daha yuxarı olub.