2023-cü ildə xərc artımının əsas hissəsi əməkhaqqı xərclərinin payına düşür. Belə ki, 2023-cü ilin əvvəlində minimum əmək haqının 17% artımı xərclərin artımına səbəb olub.
Bunu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev ötən ilin yekunlarına dair hesabatın təqdimatı zamanı deyib.
İsi Mustafayev qeyd edib ki, “Azərpoçt”əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş əməliyyat bonusunun tətbiqinə başlanılıb: