Azərbaycan Avro-5 standartı ilə dizel və benzin istehsal edəcək –Gələn ildən

Azərbaycanda yanacağa tələbatın böyük hissəsini təmin edən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) modernləşdirmə və rekonstruksiya layihəsinin ikinci və üçüncü mərhələləri davam edir.

Trend-in məlumatına görə, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirirb ki, modernləşdirmə layihəsi çərçivəsində zavodda Avro-5 standartına cavab verən dizel və benzin yanacağı istehsal olunacaq. İstehsal prosesi müvafiq olaraq 2021 və 2022-ci ildə başlayacaq. 2024-2025-ci illərdə isə neft məhsulları istehsalının 7,5 milyon tonadək çatdırılması planlaşdılır.

İ.Əhmədov onu da bildirib ki, təmir müddətində 120 min tonadək Aİ-92 markalı benzinin idxalı planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

BMT Baş Assambleyasının prezidenti:

Sonrakı məqalə

Baş bankirdən maraqlı təklif: