“Azərbaycan beynəlxalq aləmdə getdikcə daha mühüm rol oynayır”

lukaşenko

“Azərbaycan beynəlxalq aləmdə, xüsusən də böyüyən Türk dünyasında getdikcə daha mühüm rol oynayır”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko azərbaycanlı həmkarı İlham Əliyevə doğum günü təbrikində deyib.

“Qardaş Azərbaycan öz bacarıqlı və möhkəm rəhbərliyi sayəsində regionda və gündən-günə güclənən Türk dünyasında getdikcə daha mühüm rol oynayır. Belarusun üzvü olduğu Qoşulmama Hərəkatına uğurlu sədrlik Bakıya beynəlxalq nüfuz və hörmət qazandırıb”, – Belarus liderinin mətbuat xidmətinin yaydığı təbrikdə bildirilir.

Lukaşenko İlham Əliyevlə dostluq və şəxsi münasibətləri, konstruktiv ünsiyyəti və sıx qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirdiyini və onunla görüşləri həmişə məmnuniyyətlə xatırladığını vurğulayıb.

Belarus prezidenti azərbaycanlı həmkarına cansağlığı, xoşbəxtlik, çoxşaxəli və məsuliyyətli fəaliyyətində yeni nailiyyətlər arzulayıb.

Azpost.info