Azərbaycan güləşinin canlı əfsanəsi Namiq Abdullayevin 50 yaşı tamam olub

Yanvarın 4-də sərbəst güləş üzrə Olimpiya çempionu, Azərbaycan güləşinin canlı əfsanəsi Namiq Abdullayevin 50 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev yubilyarla görüşüb və onu təbrik edib.

AGF-dən bildiriblər ki, sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın məşqçilərinin də iştirak etdikləri görüşdə federasiyanın rəhbəri N.Abdullayevin güləşdə qazandığı böyük uğurlardan danışıb. N.Abdullayevin hazırda millimizin baş məşqçisi kimi təcrübəsini komandamızın üzvlərinə aşıladığını vurğulayan N.Əliyev ona qarşıdakı yarışlarda, xüsusən də lisenziya turnirlərində və Olimpiadada uğurlar arzulayıb.

Daha sonra çıxış edən yubilyar təbrikə və göstərilən diqqətə görə minnətdarlığını bildirib və geridə qalan 50 ildə üzlədiyi çətinliklərlə yanaşı, qazandığı uğurlardan danışıb. 2007-ci ildən bu yana AGF-də baş verən kəskin dəyişikliklərdən sonra bütün problemlərin həll olunduğunu, federasiyanın diqqət və qayğısı nəticəsində Olimpiadalarda, dünya və Avropa çempionatlarında böyük uğurların qazanıldığını qeyd edib.

Xatırladaq ki, “Atlanta-1996”da gümüş, “Sidney-2000”də qızıl medal qazanan N.Abdullayev Avropa və dünya çempionatlarında ümumilikdə 10 dəfə fəxri kürsüyə qalxıb. Avropa çempionatlarında 3 dəfə himnimizi səsləndirən N.Abdullayev daha 3 dəfə dünya çempionatında aktivinə gümüş medal yazdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Son sutkada ABŞ-da koronavirusdan 1394 nəfər dünyasını dəyişib

Sonrakı məqalə

Şadlıq sarayından 10 min manatlıq oğurluq edən şəxslər yaxalanıblar