“Azərbaycan Gürcüstanın mehriban dostu və tərəfdaşıdır”- Zurabişvili İlham Əliyevi təbrik etdi

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Cənab Prezident,

Doğum gününüz münasibətilə Sizi təbrik etməkdən böyük şərəf duyuram.

Sizin rəhbərlik etdiyiniz Azərbaycan Gürcüstanın mehriban dostu və tərəfdaşıdır. Gürcüstanla Azərbaycan arasındakı münasibətlər həqiqətən də nümunəvidir. Mən inanıram ki, biz regionda sabitliyin möhkəmləndirilməsi və gələcəkdə daha da gücləndirilməsi istiqamətində bundan sonra da bir çox faydalı addımlar atacağıq.

Sizə möhkəm cansağlığı, ölkənizə rifah, sülh və müvəffəqiyyətlər arzu edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bayramda neçə gün tətil olacaq?

Sonrakı məqalə

Siyasi icmalçı Azər Rəşidoğlu: