Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident, 

Əziz Qardaşım, Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Xatırladaq ki, Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 21 nəfər ölüb, 1030 nəfər xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Futbol tarixində ən bahalı transferlər açıqlanıb

Sonrakı məqalə

Azərbaycanda yeni “ASAN xidmət” mərkəzləri açılacaq