Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

APA-nın xəbərinə görə, başsağlığında deyilir: “Hörmətli Vladimir Vladimiroviç.

Krasnoyarsk diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dünyadakı banklarının yarıdan çoxu böhrana qarşı həssasdır”

Sonrakı məqalə

İki universitetdə maaşlar artırıldı