Azərbaycan-Serbiya oyunu israilli hakimlər briqadasına tapşırılıb

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Serbiya oyununu idarə edəcək hakimlər müəyyənləşib.

AFFA xəbər verir ki, oyun israilli hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Roi Reinshreiber olacaq. Ona David Elias Biton və Sagi Metzamber kömək edəcəklər. Dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirəcək.

Azərbaycan-Serbiya oyunu martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, millimiz seçmə mərhələ çərçivəsində ilk oyununu səfərdə Portuqaliya yığmasına qarşı keçirib və 0:1 hesabı ilə məğlub olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada son sutkada 565 mindən çox insanda koronavirus aşkarlanıb

Sonrakı məqalə

Sumqayıtda gənc qız intihar edib