Azərbaycan vətəndaşları bu il Türkiyədə 1045 ev alıb- Statistika İdarəsi

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədə 1 045 daşınmaz əmlak alışı həyata keçirib.

APA-Economics”in Türkiyə Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% və ya 39 vahid azdır.

Təkcə bu ilin noyabr ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə 91 mənzil alınıb ki, bu da əvvəlki ayla müqayisədə 27,2% və 34 vahid azdır.

Beləliklə, Azərbaycan Türkiyədə ev alan xarici vətəndaşlar arasında 11-ci sırada qərarlaşıb. Qeyd edək ki, yanvar-noyabr ayları ərzində Türkiyədə xaricilərə 40 616 ev satılıb. Ən çox ev alanlar siyahısında ilk üçlükdə İraq (6 699 ev), İran (4 660 ev) və Rusiya (2 531 ev) yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lənkərana yeni dəmir yolu çəkilir –

Sonrakı məqalə

Qazaxda özlərini jurnlist kimi təqdim edən şəxslər tutulub