Azərbaycan vətəndaşlarını gətirəcək təyyarə Çinə yola düşüb

Ambulans təyyarə yeni tip koronavirus epidemiyasının yayıldığı Uhan şəhərindəki Türkiyə vətəndaşlarını gətirmək üçün Ankaradan Çinə yola düşüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, ambulans təyyarə halına gətirilən hərbi yük təyyarəsi “Etimesgut” hərbi aerodromundan havaya qalxıb.

Türkiyə Hava Qüvvələrinə məxsus A400M təyyarəsində mütəxəssis həkimlər də Çinə yollanıb.  

Təyyarə Uhanda olan 34 Türkiyə vətəndaşı ilə yanaşı, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşını da Türkiyəyə gətirəcək.

Tibbi müayinədən keçəndən sonra təyyarəyə mindiriləcək 49 nəfər Türkiyəyə gətirilərək Ankarada hazırlanan xəstəxanada karantin altına alınacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hərbi prokurorluğun 14 əməkdaşı məsuliyyətə cəlb olunub

Sonrakı məqalə

Çində toylar qadağan olundu