Azərbaycanda 17 il axtarışda olan şəxs tutulub- DİN-dən açıqlama

Uzun müddət axtarışda olan Astara sakini saxlanılıb.

Daxili İşlər Nazirliyini (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Strateq.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin və DİN-in Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində 08.11.2002-ci il tarixində axtarış elan olunmuş Astara rayonunun Şahağacı kənd sakini Ramil Məmmədov saxlanılaraq adiyyatı üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu çağırışı etməyim barədə bir cümlə tapsalar, mandatımdan imtina edəcəyəm”

Sonrakı məqalə

“Savaşın uğurla başa çatması üçün üç əsas mərhələ yekunlaşdırılmalıdır”