Azərbaycanda 4,4 bal gücündə zəlzələ olub

zelzele

Azərbaycanda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən aldığı ilkin məlumata görə, zəlzələ Zaqatala, Qax və Balakəndə qeydə alınıb.

Yeraltı təkanlar təqribən 14:30 radələrində baş verib.

Gürcüstan Yer Elmləri və Seysmik Monitorinq Milli Mərkəzi Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə məlumatda zəlzələnin 4,4 bal gücündə baş verdiyi qeyd olunub.

Bildirilib ki, yeraltı təkanların episentri Gürcüstan-Azərbaycan sərhədindən 30 km məsafədə, Azərbaycan ərazisində yerləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir