Azərbaycanda 5000 müəllimin əməkhaqqı 1000 manatdan yuxarıdır- Nazirdən açıqlama

“Təhsilin inkişafı dövlət strategiyasında əsas hədəflərdən olub”.

APA-nın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov “Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, 2013-2019-cu illərdə 3300-ə yaxın məktəb tikilib və təmir olunub: “Bu il respublika fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib. Əvvəlki illərlə müqayisədə bu rəqəm 5 dəfə çoxdur. Əmək haqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib”.

Nazir həmçinin qeyd edib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinə bu tədris ilində 8 istiqamət üzrə 231 tələbə qəbul edilib: “Gələn ildən tələbə sayının 1000 nəfərə çatdırılması nəzərdə tutulur. Bu il həmçinin tələbələrə verilən təqaüdlərin həcmi 20 % artırılıb, bu da 110 mindən çox tələbəni əhatə edib. Növbəti tədris ilindən təqaüd alan tələbələrin sayı 50 %-ə çatdırılması planlaşdırılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tanınmış jurnalistin “Kərkükdən Bakıya” adlı kitabı nəşr olundu –

Sonrakı məqalə

Yasamal Yaşayış Kompleksində 248 mənzil satışa çıxarılır