Azərbaycanda 6 hakim məsuliyyətə cəlb edildi –Bir hakim işdən çıxarıldı

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

İclasda Şura tərəfindən hakimlər barədə başlanılan intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına və korrupsiyaya şərait yaradan, süründürməçiliyə və digər neqativ hallara yol verdiklərinə görə 6 hakim intizam məsuliyyətinə cəlb edilib.

O cümlədən, Bərdə rayon məhkəməsinin hakimi Seyfəli Seyfullayevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərar qəbul edilib.

Ciddi nöqsanlara yol verən bəzi hakimlərin fəaliyyətinin yerində öyrənilməsi qərara alınıb. (virtualaz.org)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Canəli Əkbərov tədbirə əlil arabasında gəldi –

Sonrakı məqalə

Qarabağ Komitəsi ABŞ Prezidentinə müraciət etdi: