Azərbaycanda bioloji pasporta malik idmançıların sayıAÇIQLANDI

Azərbaycan idmançılarının bioloji pasportlarının sayı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli açıqlayıb.

O, ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, bioloji məlumatların əks olunduğu onlayn profillərin sayı 80-ə çatıb. Bir il əvvəl bu rəqəm 51-ə bərabər olub.

Tədbirdə çıxış edən Ş.Hüseynli həmçinin beynəlxalq federasiyaların sifarişi ilə aparılan testlərin sayını açıqlayıb. 2019-cu ildə 332 belə test gerçəkləşdirib. Bu rəqəm 2018-ci ildə 101-ə, 2017-ci ildə 207-yə bərabər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Administrasiyasının keçmiş şöbə müdirinə yüksək vəzifə verildi

Sonrakı məqalə

İcbari tibbi sığorta haqları hər ay əməkhaqqından tutulacaq