Azərbaycanda cəmi 2 min vəkil var –AÇIQLAMA

“Bu gün Azərbaycan vəkilliyi böyüyür, inkişaf edir. 113 nəfər yeni vəkilimiz bu gün and içir. Bununla da ölkədə vəkillərin sayı 2132 nəfərə çatacaq”.

Bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Kollegiya sədri bildirib ki, ilk dəfə olaraq ölkə tarixində vəkillərin sayı 2100 nəfəri keçəcək: “Eyni zamanda son illər ərzində vəkillik sahəsində böyük islahatlar aparılıb. Vəkillik müasirləşir, təkmilləşir. Artıq vəkillikdə vətəndaşlara elektron xidmətlər həyata keçirilir. Hazırda bütün vəkillərin elektron kabineti var. Eyni zamanda dövlət hesabına vətəndaşlara göstərilən xidmətlərdə islahatlar aparılıb. 2020-ci ildən etibarən bütün proses Vəkillər Kollegiyası tərəfindən idarə olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Axtarışda olan 56 nəfər saxlanılıb, 27 cinayət “isti izlər”lə açılıb –

Sonrakı məqalə

Milli Məclisdə “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilir