Azərbaycanda “halal internet”in tətbiqi başlanır –Yanvarın 1-dən  

Gələn il yanvarından etibarən provayderlər “halal internet” xidməti göstərməyə, TV-lər də verilişlərə yaş məhdudiyyətinin tətbiqinə hazır olmalıdır.

Azpost.info bildirir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.

Onun sözlərinə görə, 1 yavnar 2020-ci il tarixdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qüvvəyə minir. Bu Qanuna uyğun olaraq Telekommunikasiya haqqında Qanuna da əlavələr edilib. Bu əlavəyə görə hər bir provayder abunəçinin istəyi ilə uşağın internetdə zərərli informasiyadan qorunması üçün imkanlar yaratmalıdır.

Yəni, bütün Provayderlər , təmiz, halal internet xidməti üçün hazırlıqlar görməlidir.
Əgər valideyn halal internet istəyirsə provayder gələn ildən bu xidməti təqdim etməyə borclu olacaq.

Təbii ki bu məqsədlə provayderlər öz sistemlərində FİLTRASİYA(SÜZGƏC) sistemi qurmalıdırlar. Hansı ki hazırda ölkənin təhsil sistemində bu tip SÜZGƏC sistemi fəaliyyət göstərir.

Bunun xərcini kim ödəyəcək ? Hələlik bu məsələ açıq qalır .

Yeri gəlmişkən, adı çəkilən Qanunvericiliyə görə gələn ildən TV-lər də yayımlanan hər bir informasiya məhsulunun yaş kateqoriyalarına görə (6-, 6+ , 12+,16+, 18+ ) işarələnməsinə hazır olmalıdır .
Hər işarəyə uyğun olan informasiya məhsullarının yayımlanmasına bəlli bir vaxt məhdudiyyətləri tətbiq olunacaq. TV-lər indidən buna hazır olmalıdırlar. İndiyədək TV-lərdə formalaşan informasiya məhsulları ekspertizadan keçirilməli və yaşa görə işarələnməlidir.

Eyni zamanda , adı çəkilən Qanuna görə, internet media qurumları da informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətnlərini yerləşdirməyə hazır olmalıdırlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət ilk dəfə tələbə xərcini açıqladı –

Sonrakı məqalə

Azərbaycanda hər nazirin neçə müavini var? –