Azərbaycanda hotellərə mütləq şəkildə ulduzların verilməsi təklif edilir- AGENTLİK

Yeni hazırlanan “Turizm haqqında” qanun layihəsinə əsasən, Azərbaycanda fəaliyyət göstərən hər bir hotel mütləq şəkildə ulduz kateqoriyasına malik olmalıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) Hüquq və daxili nəzarət sektorunun müdiri Qiyafət Xeyirxəbərli deyib.

Onun sözlərinə görə, hotellərin ulduz alması üçün onlara müəyyən qədər vaxtın verilməsi nəzərdə tutulur: “Hotellər fəaliyyətə başlayandan dərhal sonra yox, 6 ay ərzində müvafiq orqanlara müraciət edir. Ona göstərdiyi xidmətlərə uyğun gələn ulduz sertifikatı verilir. Hotel ulduz aldıqdan sonra ona əlavə olaraq 15 gün də vaxt veriləcək ki, bu ulduz barədə məlumatı turizm reyestrinə daxil edə bilsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qida zəhərlənmələrinin artması ilə bağlı deyilənlər yanlışdır”

Sonrakı məqalə

Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasına qərar verdi –