Azərbaycanda iki yüksək vəzifəli məmur quda oldu –(FOTO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli ailə həyatı qurub.
Axşam.az-ın əldə etdiyi məlumata görə, toy məclisi dünən “Böyük Saray” şadlıq evində baş tutub. Saleh Məmmədovun oğlu  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Rauf Vəliyevin qızı ilə evlənib.
Toyun aparıcılığını Nərgiz Cəlilova edib. Eyni zamanda ölkənin ən tanınmış sənətçiləri – Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Miri Yusif, Əməkdar artist Manana Çaparidze öz ifaları ilə səbəbkarlara təbriklərini çatdırıblar.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Allahşükür Paşazadənin ailəsində xoş gün –

Sonrakı məqalə

Salome Zurabişvili: