Azərbaycanda korrupsiyanın səviyyəsi necədir? –Beynəlxalq təşkilat yerimizi açıqladı

“Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2019-cu il üçün Korrupsiya Qavrama İndeksini (2019 KQİ) təqdim edib.

Azpost.info bildirir ki,  “Beynəlxalq Şəffaflıq” Təşkilatının tərtib etdiyi Korrupsiya Qavrama İndeksi dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur. KQİ dövlət sektorunda korrupsiyanın qavrayışının qiymətləndirməsidir.

Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.

2019-cu il üzrə Azərbaycan KQİ-də 30 balla 180 ölkə arasında 126-cı sırada yer alıb.  2018-ci ildə Azərbaycan 25 balla 180 ölkə arasında 152-ci yerdə qərarlaşmışdı.

KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatdan istifadə edilib. Bu hesabatlar antikorrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Azərbaycana dair məlumat isə 7 fərqli mənbə əsasında hazırlanıb.

Azpost.info bildirir ki, keçmiş SSRİ respublikalarından Estoniya ən yaxşı nəticə nümayiş etdirib. Estoniya 18 balla 76-cı yeri tutub. MDB ölkələrindən Azərbaycan Gürcüstan, Ermənistan, Qazaxıstandan, Moldovadan geri qalır. Amma Qırzıstan, Ukrayna, Özbəkistan, Rusiya, Tacikistan, Türkmənistanı qabaqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SOCAR və “Lukoil” memorandum İMZALADI –

Sonrakı məqalə

Bakıda kişi 31 yaşlı qadına 16 bıçaq zərbəsi vurub qaçdı