Azərbaycanda məktəblərin 50 faizində şagird sayı 200 və ondan aşağıdır –Nazir açıqladı

“2019-cu ildə 100-dən artıq yeni məktəb tikilərək istifadəyə verilib”. 

Bunu Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, ölkədə 4500-ə yaxın məktəb var. Bu məktəblərin də 50 faizində şagird sayı 200 və ondan aşağıdır.

Nazir deyib ki, hər il əhalinin sayı 100 min nəfər artır. Orta hesabla şagirdlərin sayı da hər il təxminən 50 min nəfər artır.

Nazir bildirib ki, şagird sıxlığı Təhsil Nazirliyinin diqqət mərkəzindədir: “Bu istiqamətdə işlərin sürətləndirilməsi ilə bağlı ölkə başçısının tapşırığı var. Mövcud problemin aradan qaldırılması tək Təhsil Nazirliyi tərəfindən həll oluna bilməz. Digər aidiyyəti dövlət qurumları da bu işə qoşulmalıdır”. Bayramov qeyd edib ki, ötən il məsələnin həlli istiqamətində nazirlikdə bir neçə iclas keçirilib və qərara alınıb ki, Bakının Xəzər rayonunun Binə qəsəbəsində, Kənd Binəqədi, Sulutəpə,Xırdalan, Masazır və Saray qəsəbəsində ilk olaraq şagird sıxlığı həllini tapsın: “Bu ərazilərdə məktəb inşası üçün əlavə torpaq sahələri ayrılacaq, yaxud orada yerləşən məktəblərdə əlavə korpusların ayrılması nəzərdən keçiriləcək”. Ceyhun Bayramov deyib ki, 2020-ci ildə də bu istiqamətdə bir sıra layihələr həyata keçiriləcək: “Yeni tədris ilində Binə qəsəbəsində 1600 yerlik məktəb binası istifadəyə veriləcək. Eləcə də Xırdalanda 3 nömrəli məktəbin 1400 yerlik yeni korpus yeni tədris ilində hazır olacaq. Sumqayıt 1 nömrəli məktəbin yenidən qurulması işi isə bu ilin I rübdə yekunlaşacaq”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı və yeri açıqlanıb

Sonrakı məqalə

Rusiyada sərnişin təyyarəsi məcburi eniş edib