Azərbaycanda ölüm səviyyəsi azalıb- RƏQƏMLƏR

Azərbaycanda ölüm səviyyəsi aşağı düşüb.

Trend-in məlumatına görə, 2019-cu ilin yanvar-noyabr aylarında ölkədə 50796 ölüm halı qeydə alınıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.

Qeyd olunan müddət ərzində isə Azərbaycanda 129183 uşaq doğulub. Ümumilikdə ölkə əhalisinin sayı 2019-cu ilin əvvəlindən 78737 nəfər və ya 0,8 faiz artaraq, 2019-cu il dekabr ayının 1-i vəziyyətinə 10060194 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən il zorakılığa məruz qalan 40 nəfərə mühafizə orderi verilib

Sonrakı məqalə

“Eurovision-2020” üçün mahnı qəbulu elan edilib