Azərbaycanda övladlığa verilmiş 67 uşaq geri alınıb –On dörd körpə hansı ölkələrə aparılıb?

2018-ci ildə Azərbaycanda 751 uşaq övladlığa verilib.

Azpost.info –nun məlumatına görə, Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 349-ı qız, 402-si oğlan olub.

Uşaqlardan 14-ü əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb. Onlardan 4-ü qız, 10-u oğlan olub. 

Övladlığa götürülməsi barədə qərarları ləğv edilən uşaqların sayı isə 67 nəfər olub. Onlardan da 25- i qız, 42-si oğlandır.  Qeyd edək ki, övladlığa götürülən uşaqlardan 200-ü 1 yaşa qədər, 315-i 1-5 yaş, 132-si 6-10 yaş, 104-ü isə 11-17 yaşında olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AZTV-nin 12-ci sədri –

Sonrakı məqalə

Mobil telefonu saz saxlamaq üçün nələri bilmək lazımdır? –