Azərbaycanda pensiya sisteminin inkişafına dair yol xəritələri hazırlanır

“Aidiyyəti dövlət qurumlarının iştirakı ilə pensiya sahəsində yol xəritələrinin ilkin layihələri hazırlanır”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycanda pensiya sisteminin inkişafına dair qısa, orta və uzun müddətli yol xəritələri hazırlanır: “Bildiyiniz kimi, pensiya sistemi sığorta sistemidir və sığorta sistemi kimi müəyyən aktual hesablamalara, demoqrafik göstəricilərə əsaslanır. Ona görə də müvafiq beynəlxalq təşkilatlar, xarici ekspertlərlə birgə Azərbaycanın 2025, 2030 və 2050-ci ilə qədər demoqrafik inkişafına dair proqnozlar hazırlayırıq. Bu proqnozlar üzərindən də pensiya sisteminin inkişafı proqramı hazırlanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Prezidenti və Birinci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Sonrakı məqalə

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi başa çatıb