“Azərbaycanda qadın sahibkarların sayı 200 minə yaxındır”- Nazir müavini

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan qadınların sayı 200 minə yaxındır.

Bunu “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” adlı forumda çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, onlardan təxminən 33%-i Bakıda, 17%-i Aranda, 16%-i Gəncə-Qazax, 10%-ə yaxını isə Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda fəaliyyət göstərir.

“Sahibkarlığın maliyyə resurslarına çıxışını təmin etmək məqsədilə yaradılan güzəştli mexanizmlərdən qadın sahibkarlar da yararlanır. Təkcə Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərindən indiyədək təxminən 4 300-dək sahibkarlıqla məşğul olan qadın yararlanaraq 115 mln. manatdan çox kredit əldə ediblər”, – deyə N. Səfərov qeyd edib. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şahənşah” restoranında zəhərlənmə

Sonrakı məqalə

Gürcüstanın builki yanacaq idxalının 14%-i Azərbaycanın payına düşüb