Azərbaycanda qadınlar arasında COVID-19-a yoluxma 54 faiz, kişilər arasında 46 faizdir

“2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan  rayonlarında səhiyyə sistemi və vətəndaşlar birlikdə çalışmasa, çox ciddi fəsadlar olar”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı deyib ki, yoluxma 50-59 yaş arasında 21 faiz, 30-39 yaş arasında 18 faiz, 40-49 yaş arasında 15 faizdir: “Artıq gənc yaşlarında xəstəliyi ağır keçənlər artır. Bunlar arasında həkimlər də var. Gənc yaşlarında xəstəliyi ağır keçirmə xüsusən evdə müalicəyə cəhd zamanı baş verir”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, qadınlar arasında yoluxma 54 faiz, kişilər arasında isə 46 faizdir: “Ölkədə kütləvi yoluxmalar əsasən ictimai nəqliyyat, market, kafe və restoranlarda məsafənin qorunmamasından irəli gəlir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fəaliyyətinə icazə verilən xidmət sahələrində işləyən şəxslərlə bağlı məlumatlar…

Sonrakı məqalə

“Prezident Administrasiyasında 19, FHN-də 5 nəfər koronavirusa yoluxub”