Azərbaycanda reklam olunan bu çay ruhi xəstəliyə səbəb olur –Türkiyə siyahı açıqladı

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi “hiyləli qidalar” adlı siyahı yayımlayıb. 

“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, sağlamlığa zərərli qidaların yer aldığı siyahıda məşhur simaların da reklam etdiyi arıqlama çayı  – “Teff çayları”nın da adı var.

Nazirliyin məlumatına görə, sözü gedən çayda “sibutramin” adlı maddə aşkarlanıb. Bu maddə ürək xəstəliklərinə və ruhi pozğunluqlara gətirib çıxarır. Qeyd edək ki, adıçəkilən çay Azərbaycanda da satılır. Sosial şəbəkələrdə onun satışı ilə məşğul olan səhifələr və bu məhsulu reklam edən bloqerlər var.

Üstəlik çay xeyli baha qiymətə təklif olunur. Belə ki, bir neçə qutu aldıqda biri 65 manata, bir qutu almaq istədikdə isə 120-180 manata başa gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bəxt üzüyü”ndəki “Sevda”nın ögey anası qocalar evinə necə düşüb? –

Sonrakı məqalə

Ərdoğan Azərbaycana təşəkkür etdi: