Azərbaycanda üç internet provayder və operator fəaliyyətini dayandırıb

Azərbaycanda fəaliyyət göstərən “İzone” MMC, “Technonet” MMC və “Internet Service Provider” MMC-lərin fəaliyyətinin dayandırılması ilə bağlı uçotları ləğv edilib və ümumi uçot məlumatları müvafiq hissələrdə yenilənib.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) verilən məlumata görə, uçotun ləğv edilməsi ilə bağlı şirkətlərdən İKTA-ya müraciət daxil olub.

Həmçinin internetin təkrar satışı xidmətini göstərən “Azintelnet” MMC-nin müraciəti əsasında onun uçota alınması həyata keçirilib. Bununla da uçota alınan operator və internet provayderlərinin sayı 153-ə çatıb.

“İKTA bir daha bəyan edir ki, uçota alınmayan operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalında bu link vasitəsilə autentifikasiyadan keçərək uçota durmaq üçün ərizə göndərməlidirlər. Uçota durmamaq İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən, uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər”, – deyə İKTA-nın məlumatında bildirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.