Azərbaycanda yeni medal təsis olunur- Parlamentdə müzakirəyə çıxarılacaq

Azərbaycanda yeni medal təsis edilir.

APA-nın məlumatına görə, bu barədə qanun layihəsi Milli Məclisin oktyabrın 22-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasını medalı təsis ediləcək.

Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə, diasporun Azərbaycan Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərilən xidmətlərə, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən töhfəyə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə təltif olunacaqlar.

“Diaspor fəaliyyətində xidmətə görə” medalı döşün sol tərəfindən, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, güşələrinin arası iki üzbəüz birləşən qövs şəklində işlənmiş, diametri 40 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Abramoviçin keçmiş arvadı yunan milyarderə ərə gedib –

Sonrakı məqalə

Almaniya daha 17 azərbaycanlını deportasiya edir