Azərbaycandan Gürcüstana gedən çinli turistlərdə koronavirus aşkar edilməyib

Azərbaycandan Gürcüstana səyahət edən çinli turistlərdə koronavirus aşkar edilməyib.

Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

Qeyd edək ki, Gürcüstanın Kazbegi rayonunda bir qrup çinli turist təcili yardım maşını ilə Tbilisi İnfeksion Xəstəliklər xəstəxanasına gətirilib.

Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Elmi Şurasının sədri Paata İmnadzenin məlumatına görə, buna turistlərin arasında iki azyaşlıda yüksək hərarətin olması səbəb olub: “Çinli turistlər koronavirusun yayıldığı Uhan vilayətindən 1300 km uzaqlıqda yerləşən bölgədən gəliblər və bu bölgədə virusa rast gəlinməyib”.  İmnadze qeyd edib ki, həmin şəxslər müvafiq qaydada müayinədən keçiriləcək və yoxlanılacaqlar.

O, koronavirus ehtimalının olmadığını, bununla belə qaydalara müvafiq olaraq həmin şəxslərin izolyasiya ediləcəklərini vurğulayıb.

Çinli turistlərin yanvarın 21-də Çindən Bakıya, yanvarın 25-də isə Bakıdan Gürcüstana gəldiyi bildirilir.

Bununla yanaşı, Azərbaycandan Gürcüstana gedən daha bir Çin vətəndaşı kəskin respirator simptomlarla Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasına müraciət edib. ABu barədə xəstəxananın direktoru Tengiz Tsertsvadze məlumat verib. Bildirib ki, 24 yaşlı şəxs xəstəxananın təcrid edilmiş bir bölümündə müayinə edilir və müvafiq yoxlamalar aparılır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Allahşükür Paşazadə Türkiyənin Mərmərə Qrupu Vəqfinin “Şərəf ödülü” ilə təltif edilib –  

Sonrakı məqalə

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin 2 günlük görüşü barədə AÇIQLAMA –