Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8% artıb- Statistika

Ötən ay Azərbaycandan Gürcüstana 119 540 nəfər səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.

İllik müqayisədə qonşu ölkəyə yollanan Azərbaycan vətəndaşlarının sayı 8 585 və ya 7,7% artıb.

Azərbaycan Gürcüstana səfər edən əcnəbilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 120 978 nəfərlə Ermənistan, üçüncü yerdə isə 118 252 nəfərlə Rusiya qərarlaşıb.

Oktyabr ayında qonşu ölkə, ümumilikdə, 665 055 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məmmədyarov:

Sonrakı məqalə

“Səmt qazı ilə maye qaz fərqli məhsullardır”