“Azərbaycanın Britaniyadakı səfirliyinə hücum məni şoka salıb” –Mariya Zaxarova

Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istəyirəm.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” kanalında yazıb.

“Gündüz vaxtı səfirliyə edilən hücum məni şoka saldı. Vandal kütləsi diplomatik nümayəndəliyin ərazisinə soxularaq dövlət rəmzlərini murdarlayıb, binaya ziyan vurublar. Allaha şükür ki, heç kim zərər görmədi”,-deyə zaxarova qeyd edib.

Onun sözlərinə görə, diplomatik nümayəndəliklərin ərazisi toxunulmazdır.

Beynəlxalq münasibətlərin əsas prinsiplərinə görə, bu, diplomatların rahat işləməsini təmin edir.

Zaxarova bu hadisəni qeyri-adi hal adlandırıb.

Əvvəlki məqalə

ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng edib

Sonrakı məqalə

Mühəndis Sara Sabri kosmosa uçan ilk misirli olub