“Azərbaycanla sərhəddə heç bir problem yoxdur” –İran Sərhəd Qoşunlarının komandanı

“İran-Azərbaycan sərhədi sülh və dostluq sərhədidir”.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Əhməd Əli Qudərzi Nəmin şəhərində İran-Azərbaycan sərhəd-buraxılış məntəqələrinə baxış zamanı deyib.

“İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir. İki qonşu ölkənin müştərək sərhədində heç bir problem yoxdur. Uzun illər ərzində iki ölkə arasında sərhədlə bağlı hər hansı bir xüsusi məsələ yaranmayıb və hər iki tərəf bağlanmış müqavilələrə riayət edib”, – deyə Sərhəd Qoşunlarının komandanı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri koronavirusa yoluxub

Sonrakı məqalə

Prezident İlham Əliyev Mingəçevirə gəlib