“Azərbaycanla sərhədin dəqiqləşdirilməsi prosesi gedir” –Paşinyan müxalifətə cavab verdi

“Ermənistanın Azərbaycanla sərhəd nöqtələrinin dəqiqləşdirilməsi prosesi gedir”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib. “Ermənistan müəyyən olunmuş ərazi çərçivəsində müstəqillik əldə edib. Bu hansı ərazilərdir? Bu Ermənistan Sovet Sosialist Respublikasının ərazisidir”.

Paşinyanın sözlərinə görə, azərbaycanlılar Ermənistan respublikasının sərhədini keçməyiblər. “Bir tərəfdən deyirlər sərhəd yoxdur, o biri tərəfdən haray salırlar ki, azərbaycanlılar sərsbəst şəkildə bizm sərhədi keçirlər. Hansı sərhədi nəzərdə tuturlar?”-deyə baş nazir müxalifətin ittihamlarına cavab verib.

Paşinyanın sözlərinə görə, Ermənistan müəyyən olunmuş ərazilərdə müstəqillik əldə edib. “Əgər hər hansı suallar varsa mən 2010-ci ildə qəbul edilmiş “inzibati-ərazi bölgüsü” haqqında qanuna istinad edirəm. Orada deyilir ki, məsələn, Sünik vilayətinin Vorotan kəndi Azərbaycanla sərhəd təşkil edir. Orada sərhədlə bağlı izahat əks olunub”.

Paşinyan bildirib ki, həmin qanunu hazırlayanlar dəqiq şəkildə sərhəd xətlərini göstəriblər: “Məsələn, qanunda qeyd olunur ki, Şurnux, Vorotan, Sotk icmalrının sərhəd xətti Azərbaycanın Ermənistanla sərhəddi ilə üst-üstə düşür”.

“Bu gün baş verənlər həmin qanunda yazılanlardır. Nə üçün baş verir? Yeni müharibədən qaçmaq üçün”-deyə baş nazir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Erməni silahlıları Xocavənddə Ordumuzun bölmələrinə hücum edib-

Sonrakı məqalə

Gələn il IX siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında keçiriləcək