Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Azərbaycanla Türkiyənin müqavimət gücünü artırması zərurətdir –

User 19 İyun 2025 - 00:19 (Last updated: 19 İyun 2025 - 00:19)
turk mudafie naziri

Azərbaycanla Türkiyənin müqavimət gücünü artırması artıq bir seçim deyil, zərurətə çevrilib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə həm qlobal, həm də regional səviyyədə artan risk və təhdidlər dövlətlərdən daha yüksək müqavimət və koordinasiya tələb edir:

“Qlobal və regional səviyyədə risk və təhdidlərin miqyası və təsiri günü-gündən artır. Belə bir şəraitdə strateji mövqedə yerləşən ölkələrimizin hərtərəfli güclü olması, müqavimət qabiliyyətini artırması sadəcə seçim deyil – zərurətdir”.

Nazir qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər tarixi köklərə söykənir və hər iki ölkə ən çətin dövrlərdə bir-birinə dayaq olub:

“Azərbaycan-Türkiyə münasibətləri çox köklü, güclü, çoxölçülü və dərindir. Tarix boyu ölkələrimiz sevinci də, kədəri də birlikdə yaşayıb, çətin anlarda bir-birinə dayaq olub, hər şəraitdə yan-yana durub”.

Yaşar Gülər əlavə edib ki, bu birliyin gücü 2020-ci ildəki Vətən müharibəsi zamanı bir daha öz təsdiqini tapdı:

“Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, şanlı Azərbaycan bayrağı artıq bütün Qarabağda dalğalanır”.

Nazir Azərbaycanın qazandığı qələbənin yalnız bu ölkənin deyil, bütövlükdə türk dünyasının iftixarı olduğunu da xüsusi vurğulayıb.

AzPost.az

Post navigation

Previous: Tramp 1 saat ərzində İran və İsrail arasında görüşün baş tutacağını açıqlayıb
Next: “106 uşağım var…” –

Oxşar xəbərlər

rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09

xƏBƏR

rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə Rusiya xarici işlər nazirinin müavini...
Read more about Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.