Azərbaycanlı futbolçu Fransaya niyə buraxılmayıb? –Səbəb bəlli oldu

Fransaya buraxılmayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı Bakıya yola düşüb. 

AFFA-nın məlumatına görə, U-21-in heyətində Fransa ilə matça yollanan T.Bayramlı bu gün AFFA-nın köməkliyi ilə Azərbaycana geri dönmək üçün Fransanı tərk edib və tranzit olaraq Türkiyənin İstanbul şəhərindən Bakıya yollanıb.

Qeyd edək ki, məsələ ilə bağlı AFFA Azərbaycan Respublikasının Fransadakı səfirliyi ilə birgə araşdırma aparıb və futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi ilkin araşdırmaya görə, ötən mövsüm Latviyada, “Dauqavpils” klubunda çıxış edərkən müvafiq qaydada iş icazəsi almaması ilə bağlıdır.

Oyunçu oktyabrın 8-də Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb/Report.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda Azərbaycan dilində çəkilmiş bədii film ekranlara çıxıb –

Sonrakı məqalə

Suriyada öldürülən terrorçuların sayı 179-a çatıb –