Azərbaycanlı tanınmış biznesmen yol qəzasında həlak oldu –(FOTO)

Rusiyada yaşayan tanınmış azərbaycanlı biznesmen Əlişah Süleymanov avtomobil qəzasında həlak olub.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə Yujnouralsk – Maqnitoqorsk magistralında baş verib. Məlumata görə, Süleymanovun 43 yaşlı sürücüsü hərəkətdə olan Toyota Land Cruiser markalı avtomobilin idarəetməsini itirərək aşırıb. Nəticədə Əlişah Süleymanov həlak olub.
Əlişah Süleymanov “Ruslada” şirkətinin prezidenti idi. Regionda xeyriyyəçiliyi ilə tanınırdı. O, uşaq evlərinə, kilsələrə, kimsəmiz və xəstələrə davamlı yardımlar etməklə də regionda ad çıxarmışdı.
Süleymanovun özündən sonra 3 uşağı qaldı.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Daxili işlər naziri Vilayət Eyvazova ağır itki üz verib

Sonrakı məqalə

İlham Əliyev: