“Azəriqaz”:"Qazanxanaların qaz təchizatı bərpa edilib"

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Azəristiliktəchizat” ASC-nin ona borclu olmasına baxmayaraq, qazanxanaların təbii qaz təchizatını bərpa edib.

Bunu “Report”a açıqlamasında “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov təmsil etdiyi qurumun əhalinin istiliklə təminatına problem yaratması (qadağa qoyması) barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.

“Azəristiliktəchizat”ın “Azəriqaz”a 29 milyon manatdan çox borcu var. Buna görə də, qazanxanaların qaz təchizatı dayandırılmışdı. Bununla belə, bu dəqiqələrdə təchizatı bərpa etmişik. Əhaliyə istilik verilə bilər”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Trampın yaxın müttəfiqi təqsirli bilinib

Sonrakı məqalə

İraq İranla sərhədi bağlayıb