“Azəriqaz”a yeni baş direktor təyin olundu –

azeriqaz

C

“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub. 

Modern.az-ın məlumatına görə, Birliyin baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad edilib. Onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.

Yeni baş direktor Modern.az-a özəl açıqlamasında təyinatı təsdiqləyib. R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib: “Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir