“Azərişıq” ASC-nin yeni sədri kimdir? –Tərcümeyi -hal

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edib.

Vüqar Cəbrayıl oğlu Əhmədov Mingəçevir şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində menecment fakültəsində bakalavr və magistr pillələri üzrə təhsil alıb.

O, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idraəetməsi ixtisası üzrə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsinin menecment kafedrasının iqtisad üzrə fəlsəfə doktoru proqramının doktorantıdır.

2015-2018-ci illərdə Rusiya Federasiyasının Prezidentinin yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında təhsil alıb. Xarici İqtisadi Əlaqələr Nazirliyində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Bir müddət Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (sonradan İqtisadiyyat və Sənaye Nazirliyi) İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru olub.

2015-ci ildən hal-hazıradək “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində sədr müavini idi. 2020-ci il yanvarın 7-də Azərbaycan Prezidentinin sərəncamı ilə “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin edilib. Ailəlidir, iki övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN və Baş Prokurorluqdan qətlə yetirilən azyaşlı ilə bağlı ittihamlara cavab –

Sonrakı məqalə

Süleymaninin dəfn mərasimində ölənlərin sayı 65 nəfərə çatıb