“Azərsu” ASC-nin sədri:"Yayda bir neçə rayonda su ilə bağlı çətinlik olub”

“Son vaxtlar yağıntıların az olmasına görə xüsusilə yay aylarında bir neçə rayonda su mənbələri ilə bağlı çətinlik olub”.

Bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən ənənəvi mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə həmin rayonlarda alternativ su mənbələrinin yaradılmasına başlanılıb: “Gədəbəy və Lerikdə artıq bu işlər başa çatıb, Şəki, Şamaxı, Tovuz rayonlarında isə işlər gələn il başa çatacaq”.

Regionlarda suyun keyfiyyəti məsələsinə toxunan Q. Hüseynov bildirib ki, strateji yol xəritəsinə uyğun olaraq regionlarda su kanal idarələri və regional laboratoriyalar yaradılıb: “İlkin mərhələdə laboratoriyaları avadanlıq, kadr, maşın mexanizmləri ilə təmin etmişik ki, “Azərsu”nun balansında olan bütün su infrastrukturunun nəzarətdə saxlanması təmin olunsun. Gələcəkdə hədəfimiz bütün bölgələrdə vətəndaşların istifadə etdiyi suların nəzarətə götürülməsidir”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rəsul Quliyev Lalə-Şövkəti təbrik etdi, ona “dəmir ledi” dedi:

Sonrakı məqalə

Bakıda keçmiş məhkum “Vinçester”lə adam güllələdi