Azərbaycan Efiopiyadan qərənfil almağa başlayıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 188 min ABŞ dolları dəyərində 2,72 milyon ədəd qərənfil gətirilib.

AzPost bildirir ki, “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 63 %, kəmiyyət olaraq – 72 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 146,5 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 76 % çox) 2,46 milyon ədəd (+68 %), Çindən 22,82 min ABŞ dolları dəyərində 214 min ədəd (1 il əvvəl tədarük olmayıb), Kolumbiyadan 10,14 min ABŞ dolları dəyərində (-13 %) 22,12 min ədəd (-4 %), Ekvadordan 4,12 min ABŞ dolları dəyərində (-73 %) 15,15 min ədəd (-78 %), Niderlanddan 2,44 min ABŞ dolları dəyərində (+37 %) 2,44 min ədəd (-24 %) məhsul alıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Efiopiyadan tədarük (0,62 min ABŞ dolları dəyərində 0,82 min ədəd) həyata keçirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.