Azərbaycan həbsdə olan 4 ermənini Ermənistana təhvil verdi-ADLAR

Azərbaycan 4 erməniəsilli şəxsi Ermənistana təhvil verib. 

AzPost bildirir ki, bu barədə Ermənistanın Baş naziri Paşinyan bəyan edib.

Onun sözləriə görə, bu şəxslər Gevorq Sujyan, Davit Davtyan, Vigen Euljekjyan və Vaqif Xaçatryandır.

Onlar Həkəri körpüsündə Azərbaycan Respublikasının müvafiq qurumlarının nümayəndələri tərəfindən təhvil verilib və hazırda Ermənistan ərazisindədirlər.

Bu proses Azərbaycan və Ermənistan arasında bərqərar olmuş sülhün praktiki nəticələrindən biridir.

Qeyd edək ki, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham olunublar. Hər iki şəxs 15 il müddətinə azadlıqdan məhrum olunub.

Livan vətəndaşı Eulcekcian Viken Abraham 2021-ci ildə Azərbaycan məhkəməsi tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilib. Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham Ermənistan silahlı qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak edib.

Vaqif Xaçatryan  1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilib.

 

Təhvil verilən şəxslərin Azərbaycanda saxlanıldıqları müddətdə hüquqları tam təmin olunub, səhhətləri və saxlanma şəraitləri beynəlxalq standartlara cavab verib.

Məhkumlar, eyni zamanda, Ermənistana göndərilməzdən əvvəl tibbi müayinədən keçirilib və səhhətlərinin normal olması müəyyən edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.