Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Azərbaycan mədəni irsi Qubada təbliğ olunub

User 05 İyun 2026 - 10:56 (Last updated: 05 İyun 2026 - 15:55)
qht quba

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində Quba rayonunun Birinci Nügədi kəndində tədbir təşkil olunub. 

Birinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Quba rayonunun Birinci Nügədi, İkinci Nügədi, Amsar, Səbətlər, Rustov, Pirvahid kəndlərində və Quba şəhərində yaşayan və təhsil alan 54 nəfər yeniyetmə və gənc müəllim 9 komanda tərkibində Nə? Harada? Nə zaman? oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Azərbaycanımızın zəngin mədəni irsinin intellektual oyunlar vasitəsilə  yeniyetmə və gənclər arasında təbliği, yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin, komandada işləmək, qərarvermə bacarıqlarının, məntiqi düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə dəstək vermək, onların asudə vaxtlarının səmərəli təşkil edilməsini təmin etməkdir.

Rəsmi hissədə çıxış edən Quba rayonu Birinci Nügədi kənd Zəki Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Arzu Hüseynova bu kimi tədbirlərin yeniyetmə və gənclər arasında təşkil olunmasının onlarda vətənə bağlılıq hislərinin yüksəlməsinə, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin inkişaf etdirilməsinə müsbət təsir etdiyini bildiriblər.

Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını İkinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdlərindən ibarət “İnvictus” komandası qazanıb. Səbətlər kəndinin “Assassins Creed” və İkinci Nügədi kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbinin “Ümid” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutub.

Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal və diplomlarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” adlı layihə çərçivəsində bu günə qədər Quba, Qusar, Xaçmaz və Şabran  rayonlarında keçirilən tədbirlərdə ümumilikdə 254 nəfər yeniyetmə və gənc iştirak edib. Layihə çərçivəsində Quba rayonunun Digah kənd zonasında da seçim turunun keçirilməsi planlaşdırılıb.

Fotolar

AzPost.az

Post navigation

Previous: Onlayn alış-verişdə 5 təhlükəli səhv –
Next: Milli Məclisin növbədənkənar iclası başladı

Oxşar xəbərlər

qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Screenshot
  • QHT

Yaşıl enerji və iqlim dəyişiklikləri mövzusunda növbəti tədbir keçirilib

User 23 Oktyabr 2026 - 12:46
qht haq01
  • QHT

Əbdürrəhim bəy Haqverdiyevin “Secilmis Əsərləri” ingilis dilində nəşr olunub

User 22 Oktyabr 2026 - 11:42

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.