Azərbaycan səfirliyini İrandan çıxarır –Diplomatlar təxliyə edilir

“Azərbaycan diplomatik heyəti İrandan təxliyə edilir”

Bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq tapşırıq verib:

“Həm Təbrizdəki konsulluğumuz, həm də səfirlik əməkdaşlarının evakuasiyası icra mərhələsindədir”.

C.Bayramov bildirib ki, qonşu ölkədə müharibə olduğu üçün normal olaraq Azərbaycan ordusuna müvafiq tapşırıqlar verilib:

“Bütün diplomatik heyətimizin İrandan çıxarılması ilə paralel, dünən Təhlükəsizlik Şurasının iclasında cənab Prezident müvafiq tapşırıqlar verdi. Diplomatik addımlar atılmaqdadır. Rəsmi nota verildi. İranlı həmkarımla danışdım. Hər zaman olduğu kimi bu gün də Azərbaycanda təhlükəsizlik yüksək səviyyədədir. Əlavə təhlükəsizlik tədbirləri də görülür”

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.