Azərbaycan Trampın Sülh Şurasına niyə daxil oldu?

Azərbaycanın ABŞ prezidenti Trampın elan etdiyi Sülh Şurasına təsisçi kimi daxil olması ölkəmizin Qarabağ müharibəsindən sonra regional güc faktoru kimi özünü təsdiqləməsidir.
Sülh Şurası münaqişələri həll edəcək platforma kimi təsis edilib. Sənədi imzalayan dövlətlərin içində ağır savaş aparmış, qalib gəlmiş və çevik sülh diplomatiyası yürüdən dövlət başçısı İlham Əliyevdir. Təcrübə isə ciddi məsələdir.
Qəzzada sülh əslində yeni dünya düzəni üçün aparılan geopolitik prosesin açılımı olacaq. Azərbaycan məhz belə son dərəcə mühüm və taleyüklü məsələdə masa başında olması çox mühümdür: Bu, Bakının vacib tərəfdaş sayılmasını nümayiş etdirir.
Prezident səndi imzalamaqla eyni zamanda bir daha Ermənistanla sülh sazişinin beynəlxalq təminatını əldə etdi. Bu isə sülh prosesində yaşana biləcək təhlükələri sığortalayır.
Bakı bu addımla həmçinin yeni dünya düzəni üçün cızılan yola regional güc faktoru kimi daxil olur.
Azərbaycan eyni zamanda ABŞ-la münasibətlərində yeni mərhələyə keçir.
Bu, həmçinin logistika şəbəkəsinin məhək daşına çevrilmiş ölkəmizi fraqmental dünya siyasətində tərəflərin etibar etdiyi vacib tərəfdaşa çevirir.
X.SƏFƏROĞLU

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.