“Azərbaycandan Ermənistana taxıl göndərişi müntəzəm hal alıb” –Rusiya Dəmir Yolları

Azərbaycan vasitəsilə Ermənistana taxıl tədarükü müntəzəm hal alıb.

AzPost bildirir ki, bu sözləri Rusiya Dəmir Yolları sədrinin birinci müavini Sergey Pavlov qurumun İdarə Heyətinin iclasında bildirib.

Pavlov qeyd edib ki, Azərbaycan vasitəsilə Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra uzun illərdən sonra ilk taxıl qatarı 2025-ci ilin noyabr ayında Rusiyadan Ermənistana yola düşüb.

“Tədarüklər artıq müntəzəm hala gəlib. Biz bu marşrut üzrə daşımaları daha da inkişaf etdirməyi planlaşdırırıq”, – deyə o əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.